Daha 52 şagirddə koronavirus aşkarlanıb


19:58     12 Oktyabr 2020 20_10_12_1602519190.jpg


Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.


Nazirlikdən Femida.az-a bildirilib ki, 2 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 52 şagird və 16 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 15-dir.

Daha 10 məktəb də distant təhsilə keçib.

İndiyə qədər ölkə üzrə 20 məktəb, 55 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Femida.az

Açar sözlər: #şagird   #koronavirus  

Oxunub: 413