Ermənistanda daha 745 nəfər koronavirusa yoluxdu


11:08     13 Oktyabr 2020 2020/10/22803-1602570631_1602573518.jpg


Ermənistanda son sutka ərzində daha 745 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 57 566 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 6 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1032-yə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 308 nəfərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 399