Fövqəladə Hallar naziri Gəncəyə getdi


12:37     13 Oktyabr 2020 20_10_13_1602578324.jpg


Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncəyə səfər edib.

K.Heydərov ermənilərin raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, erməni təxribatı nəticəsində dağılmış mülki obyektlərin və yaşayış binalarının vəziyyəti ilə tanış olub.

Nazir jurnalistlərə açıqlamasında deyib ki, qələbəmizin nəticəsi Azərbaycan üçün çox gözəl olacaq:

"Bir-iki ermənipərəst dövlətin bəzi nümayəndələrindən başqa, Azərbaycanın bu işinə hamı haqq qazandırır. Çünki hamı bilir ki, biz haqq tərəfdarıyıq, torpaqlarımız işğal olunub və müharibəni öz ərazilərimizdə aparırıq. Biz işğal altında olan torpaqlarımızın hamısını azad edəcəyik".


Femida.az

Açar sözlər: #FHN   #Gəncə  

Oxunub: 503