Azərbaycan PUA-ları Ermənistan ordusuna 700 milyon dollar zərər vurub


12:56     13 Oktyabr 2020 2020/10/1601376371_1602579565.jpg


Azərbaycan Silahlı Qüvvələrinin zərbə PUA-ları Ermənistan ordusuna ümumilikdə azı 1 milyard ABŞ dolları ziyan vurub.


Femida.az xəbər verir ki, bu barədə “Clash Report”un araşdırmasında qeyd olunub.

Bildirilib ki, ən çox ziyan düşmənin hava hücumundan müdafiə sisteminə dəyib – 485 milyon ABŞ dolları.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin 84 tank itirdiyi (oktyabrın 12-nə olan məlumat) və bunun ümumi dəyərinin 210 milyon ABŞ dolları olduğu vurğulanıb.

Həmçinin araşdırmada Ermənistan ordusunun itirdiyi top, zirehli transportyor, müxtəlif nəqliyyat vasitələri, radar və s. var.

Femida.az

Açar sözlər: #PUA   #ordu   #harop  

Oxunub: 554