"Qarabağ hər bir türkün davasıdır" - Meral Akşener


13:47     13 Oktyabr 2020 2020/10/meral-aksener_1602582569.jpg

"Türkiyə Dağlıq Qarabağla bağlı danışıqlar gedən o masalarda qardaşının yanında olmalıdır. Bunu Azərbaycanımızın yalnız olmadığını dosta və düşmənə göstərmək üçün etməlidir”.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin İyi Partiyasının sədri Maral Akşener deyib.

Akşener Azərbaycanda baş verənləri yaxından təqib etdiklərini deyib: “Atəşkəs elan edilməsinə baxmayaraq, utanmadan mülki qardaşlarımıza təcavüz edən Ermənistanı da diqqətlə izləyirik. Moskvada əldə olunan atəşkəs razılığından bir neçə saat sonra, Gəncədə mülki insanlara hücum edən bu gözüdönmüşlüyü, artıq dünya daha yaxşı tanımalıdır”,.

Təşkil olunacaq hər hansı bir danışıqlar masasında Türkiyənin də olmasının vacibliyini deyən Akşener bildirib ki, amma qəflətən qurulan masada tərəflərdən başqa yalnız Moskva olub: “Rusiya xarici işlər naziri, böyük qardaş ədası ilə atəşkəsi elan etdi. Qardaşımızın vurulduğu bir müharibə ilə bağlı danışıqlar masası, bizim üçün ar məsələsidir. Türkiyə o masada olmalıdır. İqtidarı bu məsələdə daha diqqətli olmağa dəvət edirəm. Xaricdə, məsələ ilə bağlılığı olan ölkələrdə diplomatiya və diaspor fəaliyyətlərinə ağırlıq verilməli, haqlı olduğumuz dünyaya anlatılmalıdır. Qarabağda yolumuzun bağlanmasına izn verə bilmərik, çünki Qarabağ, sadəcə Azərbaycan Türk dövlətinin deyil, bu böyük coğrafiyadakı hər Türkün davasıdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 509