20 manata görə ərlə arvadı döydü


14:11     13 Oktyabr 2020 qadin%20doyulub.jpg

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə oktyabrın 10-da saat 6 radələrində Z.Əhmədbəyov küçəsində bir nəfərin Bakı şəhər sakinləri N.Abdullayevin baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi, arvadına isə güc tətbiq edərək bıçaqla hədələyib 20 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, N.Abdullayevə və arvadına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Abışov müəyyən edilərək saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 613