Sürücünü bıçaqla hədələyib pulunu aldılar


14:26     13 Oktyabr 2020 bicaq3.jpg

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə oktyabrın 12-də saat 16 radələrində C.Xəndan küçəsində Bakı şəhər sakini G.Qarayevin idarə etdiyi “Priora” markalı avtomobildə olan 2 sərnişinin onu bıçaqla hədələyib 35 manat pulunu alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan T.Qafarov müəyyən edilərək saxlanılıb, digər bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 495