Qadına zor tətbiq edib pulqabısını aldı


15:29     13 Oktyabr 2020 qadin%20zorakiligi.jpg

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.İsmayılova oktyabrın 10-da saat 11 radələrində B.Çobanzadə küçəsində bir nəfərin ona zor tətbiq edib içərisində 310 manat olan pulqabısını aldığını bildirib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov müəyyən edilərək saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 431