ABŞ-da koronavirusdan ölənlərin sayı 215 min nəfəri keçdi


17:48     13 Oktyabr 2020 2020/10/597f139b-0a96-39f9-aee7-97f59cd91827_850_1602596957.jpeg

ABŞ-da son sutka ərzində 41 653 nəfərdə yeni növ koronavirus aşkar edilib, 317 nəfər COVID-19 qurbanı olub.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiyanın başlanğıcından bəri ABŞ-da 7 803 643 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı isə 215 089 nəfərə çatıb. 3,1 milyondan çox insan xəstəlikdən sağalıb.


Açar sözlər:

Oxunub: 427