Düşmən gün ərzində Tərtərə 455 top mərmisi atıb
18:53 13 Oktyabr 2020
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini və ətraf kəndləri atəşə tutmaqda davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə atəş açıb.
Bu gün ərzində ermənilər Tərtər şəhəri və ətraf kəndlərə ümumilikdə 455 top mərmisi atıb. Nəticədə 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.
Qeyd edək ki, ermənilər tərəfindən atılan top mərmiləri nəticəsində Tərtər rayonu ərazisində ümumilikdə 40 mülki şəxs yaralanıb, 9 nəfər ölüb.
Oxunub: 524
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- DTX Bakıda erməni təxribatını ifşa etdi - Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu - VİDEO
- Azərbaycan lideri: "Düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir"
- Ermənistan Qaragöl ətrafına hərbi qüvvə çıxarmağa cəhd edib, düşmənin təxribatı iflasa uğrayıb
- Snayperlərimizin düşmən qüvvələrini məhvetmə görüntüləri - VİDEO
- "Azərbaycan əsgəri, zabiti düşmənə öz yerini göstərdi" - Ali Baş Komandan
- Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib
- "Sərhədçilər müharibədə düşmənin 290 hərbi obyektini məhv edib"
- Füzulidə düşmənin atıb qaçdığı silah-sursatın sayı açıqlanıb
- Polkovnik düşmənin Horadiz istiqamətində əks-hücum cəhdinin qarşısının necə alındığını açıqlayıb