Hikmət Hacıyev İbrahim Kalınla telefonla danışdı


09:05     14 Oktyabr 2020 hikmet%20haciyev7.jpg

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin Mətbuat Katibi İbrahim Kalın ilə telefon əlaqəsi saxlayıb.

Femida.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “Twitter” səhifəsində yazıb.

H.Hacıyev bildirib: “Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla telefon danışığımdan məmnunam. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin ATƏT-in və Minsk Qrupunun üzvü və regionun lider ölkəsi kimi vacib rolunu bir daha təsdiq etdik”.

Femida.az

Açar sözlər:

Oxunub: 233