Müdafiə Nazirliyi: “Su-25 təyyarəmiz vurulmayıb”


11:22     14 Oktyabr 2020 2018/09/mudafie-nazirlik_1537857415.jpg

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb", - məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 224