Xırdalan dairəsində yeni tikilən körpüdə işlər bitmək üzrədir
11:28 14 Oktyabr 2020
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb. Bundan öncə isə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılıb.
Bu barədə Femida.az-a Azərbaycan Avtomibil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumatda deyilir ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metr təşkil edəcək.
Femida.az
Oxunub: 418
Oxşar xəbərlər
- Xırdalanda keçmiş arvadını öldürməkdə şübhəli bilinən kişi tutulub - RƏSMİ
- Xırdalan şəhərində gənc qızı avtomobil vurub
- Xırdalanda məktəbin uçan damının təmirinə başlanılıb
- Xırdalanda arvadını balta ilə qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Xırdalanda gənci avtomobil vurub
- Xırdalanda daha bir narkotacir saxlanılıb
- Xırdalanda su kəsiləcək
- Xırdalanda 60 yaşlı qadın dəm qazından zəhərlənib
- Xırdalanda kişi qonşusu tərəfindən bıçaqlanıb
- Xırdalanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb