Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 43-ə çatdı


12:13     14 Oktyabr 2020 2020/10/12162-1602662182_1602663271.jpg


Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxsi qətlə yetiririlib, 214 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 277, çoxmənzilli yaşayış binalarının sayı 66, yaşayış evlərinin sayı isə 1 505-dir.

Femida.az

Açar sözlər:

Oxunub: 414