Prezident erməni ordusuna vurulan zərbələrdən danışdı
12:44 14 Oktyabr 2020
“Mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir”.
Femida.az xəbər verir ki, bunu Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
"Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdə keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi. Deyə bilərəm ki, erməni ordusuna çox böyük zərər vuruldu. 200-dən çox tank məhv edildi, 2 S-300 hava hücumuna qarşı qurğusu məhv edildi, 33 tank qənimət kimi götürülüb və bir çox başqa texnika məhv edildi və qənimət kimi götürüldü” - deyə, Prezident İlham Əliyev “Haber Türk” televiziya kanalına oktyabrın 13-də verdiyi müsahibədə vurğulayıb.
Qeyd edək ki, müsahibə oktyabrın 14-də yayımlanıb.
Oxunub: 487
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib