"İlk mərhələdə erməni qüvvələrinin beş bölgədən çıxarılması nəzərdə tutulub" - Lavrov


13:10     14 Oktyabr 2020 20_10_14_1602666792.jpg


Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkündür.

Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində deyib.

Nazir bildirib ki, münaqişənin nizamlanması ilə bağlı təkliflər məlumdur:

"İlk mərhələdə erməni qüvvələrinin Azərbaycanın beş bölgəsindən çıxarılması nəzərdə tutulub. Qarabağın son statusu bundan sonra müəyyənləşdirilməlidir".

Lavrovun sözlərinə görə, indi hərbi müşahidəçilərə ehtiyac var. Hərbi müşahidəçilər Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə daxil edilə bilər.

Femida.az

Açar sözlər: #Lavrov   #Qarabağ  

Oxunub: 587