Səfirlikdən təkzib: “İrandan Azərbaycana atəş açılmayıb”
13:20 14 Oktyabr 2020
İran tərəfindən ağır artilleriya ilə Azərbaycanın mövqelərinin atəşə tutulması xəbəri doğru deyil.
Femida.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfirliyi açıqlama yayıb.
Məlumatda qeyd edilib ki, bəzi KİV-lərdə İran tərəfindən Azərbaycan Ordusunun mövqelərinə atəş açılması ilə əlaqədar xəbərlər həqiqəti əks etdirmir:
“İranın hərbi dairələri belə xəbərləri təsdiqləmir. Belə xəbərlər iranlı general Həsən Noi Moqəddəmin “Azərbaycan istədiyi halda, İran silahlı qüvvələri Azərbaycan tərəfində döyüşməyə hazırdır” deməsindən sonra yayılıb. Bu kimi xəbərlər İran İslam Respublikası və Azərbaycan Respublikasının inkişaf etməkdə olan münasibətlərinə zərbə vurmaq məqsədilə yayılır. İran və Azərbaycan dost və qardaş ölkələrdir. Bu dostluq və qardaşlıq əbədi olaraq davam edəcək və heç kim bu münasibətlərə xələl gətirə bilməz".
Qeyd edək ki, bundan əvvəl bəzi KİV-də guya Azərbaycandan İran ərazisinə bir neçə mərmi atılmasından sonra İran artilleriyasının Azərbaycan ərazilərinə atəş açdığı yazılmışdı.
Femida.az
Oxunub: 634
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Ceyhun Bayramov İrana gedib
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək