Ermənilər “Qarabağ faciəsi” filminə etiraz edib


16:15     14 Dekabr 2015 qarabagh%20munaqishesi_531.jpg

Benilüks Azərbaycanlılar Konqresinin dəstəyi ilə Niderland Krallığının dövlət televiziyası olan Ned2 telekanaında “Qarabağ faciəsi” adlı sənədli film nümayiş etdirilib.


Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a verilən məlumat görə, filmdə Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycan ərazisinin 20 faizdən çox hissəsinin işğal edilməsi, Dağlıq Qarabağdan qovulmuş bir milyon azərbaycanlının vəziyyəti hollandların, eləcə də bu ölkədə yaşayan xaricilərin diqqətinə çatdırılıb.

Filmin nümayişindən sonra Niderlandda və ümumiyyətlə, Avropada yaşayan ermənilər, ermənipərəst qüvvələr tərəfindən yerli qəzetlərdə və internet portallarında etiraz bəyanatları verilib. Onlar filmdə ermənilərə vaxt ayrılmaması, münaqişəyə birtərəfli yanaşılması kimi ittihamlarla dolu yazı və statuslarla çıxış ediblər. Həmçinin filmin çəkiliş qrupu haqqında sərt mesajlar yaymaqdan belə çəkinməyiblər.

Femida.az

Açar sözlər:

Oxunub: 926