Nikol Paşinyan: “İtkilərimizin sayı böyükdür”


15:15     14 Oktyabr 2020 20_10_14_1602674475.jpg


On səkkiz gün davam edən döyüşlərdə Ermənistan ordusunun bölmələri münaqişə zonasının şimal və cənub istiqamətlərinin bəzi bölgələrindən geri çəkilib.

Femida.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı bildirib.

Paşinyan, Ermənistanın böyük itkilər verdiyini etiraf edib. O deyib ki, Ermənistan ordusu "vəziyyətə nəzarəti" böyük itkilər bahasına saxlayır:“İndi hamı başa düşməlidir ki, cəbhə xəttində son dərəcə çətin vəziyyət yaranıb”.

Femida.az

Açar sözlər: #Paşinyan  

Oxunub: 621