“Türkiyə dəstəyini bir daha ifadə etdi” - Ceyhun Bayramov


15:23     14 Oktyabr 2020 2020/10/ceyhu-1602674425_1602674630.jpg


Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycanın XİN rəhbəri “Twitter” hesabında yazıb.

“Xarici İşlər naziri, qardaşım ilə telefon danışığı zamanı bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıldı. Mülki şəxslərin hədəfə alınması ilə bağlı ciddi narahatlığını bildirən nazir Çavuşoğlu, Türkiyənin Azərbaycanın haqlı mövqeyinə dəstəyini bir daha ifadə etdi”.

Femida.az

Açar sözlər:

Oxunub: 217