Böhran yaxınlaşır - Bir ildə beşinci devalvasiya


16:36     14 Dekabr 2015 335079-china-yuan.jpg

Çinin milli valyutası olan yuan yenidən devalvasiya uğrayıb.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Çin Xalq Bankı yenidən yuanın ABŞ dollarına qarşı rəsmi məzənnəsini azaldıb. Belə ki, yuan 137 bənd azalaraq 1 ABŞ dollarına qarşı 6,4495 yuan təşkil edib.

Qeyd edək ki, bundan əvvəl Çin yuanı dekabrın 10-da da devalvasiya edilmişdi. Həmin vaxt yuanın kursu bir dollar üçün 6,42 yuan olub.

Xatırladaq ki, Çin Xalq Bankı bu ilin avqust ayında üç gündə milli valyutanı üç dəfə devalvasiya etmişdi: Avqustun 11-i cin valyutası 1,9%, avqustun 12-i isə daha 1,62% devalvasiya edib.

Açar sözlər:

Oxunub: 1383