Ərdoğanla Putin Dağlıq Qarabağı müzakirə etdilər


21:21     14 Oktyabr 2020 2020/10/fe82054e-c164-30a5-98cd-03f5a774c088_850_1602696165.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Femida.azTASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Qeyd edilir ki, tərəflər Dağlıq Qarabağda siyasi prosesin fəallaşmasını müzakirə ediblər.

Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.

Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə olub.

Açar sözlər:

Oxunub: 411