"Azərbaycan-Türkiyə media platforması vacib təşəbbüsdür" - Hikmət Hacıyev


02:32     15 Oktyabr 2020 hikmet%20h.jpg

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

“Bu gün əziz dostum Fahrettin Altun mənə zəng etdi. Ölkələrimizə qarşı qara təbliğata - dezinformasiyaya qarşı birgə fəaliyyətimizi yenidən nəzərdən keçirdik. Azərbaycan-Türkiyə media platforması səylərimizi birləşdirmək üçün vacib bir təşəbbüsdür”, - deyə Hikmət Hacıyev yazıb.

Femida.az

Açar sözlər:

Oxunub: 406