Bakıda daş hasar uçub, iki nəfər ağır xəsarət alıb


02:56     15 Oktyabr 2020 Tecili%20yardim%20xestexana%20190412.jpg

Bakının Xəzər rayonunda bədbəxt hadisə zamanı iki nəfər xəsarət alıb.

Femida.az xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Baba Əliyev küçəsi 15 ünvanında daş hasar uçub. Uçqun zamanı 1994-cü il təvəllüdlü Mikayılov Niyaz Əlövsət oğlu və İsmayılov Tofiq Süliddin oğlu daş hasarın altında qalıb.

Ağır xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, hər iki şəxsin vəziyyəti ağırdır.

Femida.az

Açar sözlər:

Oxunub: 313