Yunanıstanlı akademiklər Prezidentə məktub göndərdi


03:51     15 Oktyabr 2020 2020/10/ilham-1602708555_1602719272.jpg

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edən yunanıstanlı akademiklər Prezident İlham Əliyevə məktub göndəriblər.

Məktubda deyilir: "Hazırda Dağlıq-Qarabağdakı vəziyyəti böyük narahatlıqla izləyirik.

Biz həlak olanlarla əlaqədar Sizə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik. Akademiklər olaraq düşünürük ki, BMT-nin 75-ci ildönümündə hər kəs təşkilatın Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir.

Uzun illər ərzində biz tərəfdaşımız Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə dialoq, tolerantlıq və anlaşmanı təşviq etmək üçün çalışmışıq. Ümid edirik ki, ortaq dünyamız naminə bu işi bundan sonra da davam etdirəcəyik. İnanırıq ki, bizimlə eyni fikirdə olan insanları bir araya gətirməli və onları qorumalıyıq. Çünki onların müdrikliyinə və təcrübəsinə ehtiyacımız var.

Son səkkiz ildə Davamlılığa Keçid Klasteri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə dünyanın üzləşdiyi ən aktual məsələləri təbliğ etmək üçün birgə çalışırıq".

Məktubu Afina İqtisadiyyat və Biznes Universitetinin professoru, Ətraf Mühit və Resurslar üzrə İqtisadçıların Avropa Assosiasiyasının Prezidenti Fibi Kunduri, Birləşmiş Millətlər Təşkilatının Yunanıstandakı Davamlı İnkişaf Şəbəkəsinin meneceri Lidiya Papadaki, Davamlılığa Keçid üzrə Klaster Qrupunun kommunikasiya rəhbəri Mariya Lentudi, İonnina Universitetinin dosenti Akiles Vassilopulos, Afina İqtisadiyyat və Biznes Universitetinin professoru, tədqiqatçı Angelos Plataniotis, tədqiqatçı Angelos Alamanos, Ətraf Mühit və İqtisadiyyat üzrə Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Lidiya Stergiopolu, professor Aris Mussolides, Afina İqtisadiyyat və Biznes Universitetinin baş meneceri Sofiya Mantafuni, tədqiqatçı Panayiotis Sofronidis, Ali Məhkəmədə vəkil, Afina Universitetinin Hüquq fakültəsində elmi işçi Kutsibu Eleni, Patras Universitetinin professoru Pol Lentudis göndəriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 503


Oxşar xəbərlər