Qubada polis gücləndirilmiş iş rejimində xidmət aparır
11:45 15 Oktyabr 2020
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən “Covid-19” pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il 15 oktyabr saat 00:00-dan etibarən Quba və Lənkəran rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Qərar qəbul edib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Femida.az-a bildirib ki, qərarla əlaqədar Quba Rayon Polis Şöbəsinin və Daxili Qoşunlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmət həyata keçirirlər.
Quba şəhərinə, rayonun Zərdabi qəsəbəsinə və Rustov kəndinə giriş-çıxışlarda postlar qurulub, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.
Bundan əlavə şəhərdaxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur. Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır.
Femida.az
Oxunub: 419
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubada 35 yaşlı kişi qətlə yetirilib
- Qubada qadın baltalanıb, qızı anasını ölümdən xilas edib
- Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib
- Qubada daha 5 vəzifəli şəxsə cinayət işi başlanılıb
- Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb
- Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb