Qırğızıstan Prezidenti istefa verdi
12:18 15 Oktyabr 2020
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov vəzifəsindən istefa verib.
Femida.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat verib.
Prezident istefasını müxalifət lideri Japarovun Baş Nazir təyin olunmasına baxmayaraq etirazların səngiməməsi ilə əsaslandırıb. O, bu qərarı etirazların daha da şiddətlənməməsi üçün verdiyini bildirib.
“Hakimiyyəti əlimdə saxlamıram. Qırğızıstan tarixində qan tökən və öz vətəndaşlarına atəş açan Prezident kimi qalmaq istəmirəm. Buna görə istefa etmək qərarına gəldim. Japarovu və digər siyasətçiləri tərəfdarlarını ölkənin paytaxtından çəkməyə və Bişkek sakinlərinə dinc həyatı qaytarmağa çağırıram”,- deye Jeenbekov qeyd edib.
Femida.az
Oxunub: 399
Oxşar xəbərlər
- Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib
- Qırğızıstanla Tacikistan arasında atışma olub
- Qırğızıstan parlamentinə dörd müxalifət partiyası daxil olub
- Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısı alınıb
- Qırğızıstanın keçmiş baş nazirinin ölkədən çıxışına qadağa qoyulub
- Qırğızıstan prezidenti yeni baş nazir təyin edib
- Qırğızıstan-Tacikistan sərhədində atışma olub
- Qırğızıstanın keçmiş prezidentləri axtarışa verildi
- Qırğızıstanın xarici işlər naziri Azərbaycana gəlib
- Qırğızıstan prezidenti Türkiyədə səfərdədir