Ermənistanın təxribatı nəticəsində 43 mülki şəxs həlak olub


12:31     15 Oktyabr 2020 2020/10/1602750011997_uOtk1tdZ_1602750511.jpeg

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb.

Bundan başqa, 290 mülki obyekt, 79 hündürmərtəbəli bina və 1 592 yaşayış evi yarasız hala düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 358