Ermənilər Füzulidə narkotik istehsal edirmişlər


13:49     15 Oktyabr 2020 2015-04-29-15-07-19narkotik.jpg

Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanıb.

Azvision.az -ın məlumatına görə, bu, bir neçə maraqlı mətləbdən xəbər verir. Yada salaq ki, Cənub və Şərq istiqamətindən gələn narkotik maddələrin işğal altındakı ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında kifayət qədər məlumatlar var idi. Amma bu fakt onu göstərir ki, Ermənistan nəzarətsiz torpaqlardan təkcə narkotranzit məkanı kimi istfadə etməyib. Orada eyni zamanda, narkotika istehsalı da həyata keçirilirmiş.

Güman ki, burada narkotik maddələrin istehsalı təkcə satmaq məqsədilə həyata keçirilməyib. Böyük ehtimalla, nəzarətsiz torpaqlarımızda toplaşan başıpozuq dəstələrin üzvlərini ora həm də narkotika cəlb edirmiş. Yəni müxtəlif etnik qrupları və radikal ideologiyaları təmsil edən terrorçuları Qarabağa çəkib gətirən təkcə pul yox, həm də “narkotika cənnəti” haqda vədlər olub.

Əlbəttə ki, regionda olan erməni əsgərləri və cinayətkar qurumun səfərbərliyə aldığı şəxsləri zombiləşdirmək üçün də narkotika xeyli rahat yoldur. Qorxunu və təhlükə qavrayışını azaldır, “cəsarəti” artırır – aciz əsgərləri hücuma yollamaq üçün başqa nə lazımdır ki?!

Beləliklə, aydın olur ki, Ermənistan əsgərinin beynini “formatlamaq” üçün təkcə saxta təbliğatdan yox, həm də daha kəsərli vasitələrdən istifadə edirmiş…

Femida.az

Açar sözlər:

Oxunub: 498