Daha 33 şagirddə koronavirus aşkarlanıb


15:52     15 Oktyabr 2020 2019/08/tehsil_esas_1565782924.jpg


Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 14, işçi sayı 2 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 33, işçi heyətinin sayı 12 nəfər təşkil edib. Eyni zamanda son bir gün ərzində Azərbaycanda koronavirus səbəbindən distant təhsilə keçirilmiş siniflərin sayı 8 olub.

Koronavirus səbəbindən distant təhsildə olan 3 sinif əyani təhsilə keçirilib. Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 60, məktəb sayı isə 37 olub.

Femida.az

Açar sözlər:

Oxunub: 393