Ermənistan məhv edilmiş daha 45 hərbçisinin adını açıqladı


16:17     15 Oktyabr 2020 ermeni_herbci.jpg


Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 45 hərbçisinin adın açıqlayıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğlaçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 604-ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları da döyüşlərə cəlb edir.

Xatırladaq ki, oktyabrın 10-dan etibarən tərəflər arasında humanitar atəşkəs elan olunub. Buna baxmayaraq, düşmən ordusu atəşkəsi pozmaqda davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 381