Vilayət Eyvazov İran səfirini qəbul edib
19:18 15 Oktyabr 2020
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 15-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini qəbul edib.
Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, qonağı salamlayan nazir yeni təyinat münasibəti ilə onu təbrik edib, ölkəmizdəki diplomatik işində uğurlar arzulayıb, fəaliyyəti müddətində Azərbaycan-İran münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
General-polkovnik Vilayət Eyvazov iki ölkənin Daxili İşlər nazirlikləri arasında mövcud olan əlaqələrə toxunaraq nazirlər, o cümlədən digər rəhbər vəzifəli şəxslərin başçılıq etdikləri heyətlər səviyyəsində səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin nəinki DİN-lər, həmçinin digər hüquq mühafizə orqanları arasında sıx əlaqələrin mövcudluğundan xəbər verdiyini bildirib.
Tanışlıq xarakterli görüşdə cinayətkarlıqla mübarizə sahəsində iki ölkənin Daxili İşlər nazirliklərinin potensialının geniş olduğu, əlaqələrin daha da inkişafının xalqlarımızın rifahı naminə regionda sülh və sabitlik işinə xidmət edəcəyi fikri ifadə olunub.
Səfir Seyid Abbas Musəvi səmimi qəbula görə nazirə təşəkkür edib, dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da dərinləşdirilməsindən məmnunluğunu, bu yöndə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Oxunub: 375
Oxşar xəbərlər
- Ukraynanın Kiyev vilayətində 1 348 mülki şəxsin meyiti aşkarlanıb
- Ukraynanın Xerson vilayətinin bəzi kəndləri tamamilə məhv edilib
- Vilayət Eyvazov Elnur Zeynalovu Bakıda yüksək vəzifəyə TƏYİN ETDİ
- Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
- Vilayət Eyvazov mayoru yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun rəisini təqaüdə göndərib
- Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirib
- Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin edib
- Ukrayna hərbçiləri Xerson vilayətində 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib
- Ukrayna ordusu Xarkov vilayətinin daha bir yaşayış məntəqəsini azad edib