Zaqatala sakini ehtiyatsızlıqdan yıxılaraq dünyasını dəyişib


21:38     15 Oktyabr 2020 2020/10/1602783403359_ER7frpAc_1602783588.jpeg

Zaqatalada 64 yaşlı kişi bəxdəxt hadisə nəticəsində ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala şəhəri, Aslanbəy Qardaşov küçəsində baş verib.

1956-cı il təvəllüdlü Zaqatala şəhər sakini Ramazan Muxtar oğlu Şabanov yaşadığı beşmərtəbəli çoxmənzilli binanın dördüncü mərtəbəsində özünə məxsus mənzilin eyvanından yıxılıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan R.Şabanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqdan bir qədər sonra dünyasını dəyişib.

İlkin ehtimala görə, R.Şabanov eyvanda iş görən zaman ehtiyatsızlıqdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 265