Gecə düşmənin məhv edilən hərbi texnikası - SİYAHI


09:29     16 Oktyabr 2020 2020/10/0d9927d1-a63a-3a5c-aead-9da38f633bf8_850_1602826215.jpg

"Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib".

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Açar sözlər:

Oxunub: 8402