Düşmənin artilleriya batareyası məhv edilib - Alay komandirinin müavini yaralanıb


09:35     16 Oktyabr 2020 2020/10/mn_006_101020_1602826652.jpg

Ermənilərin 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.

Bu barədə Femida.aza Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.

9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.
Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.

Femida.az

Açar sözlər:

Oxunub: 6598