Dövlət qurumlarında işçilərin say həddi 30 faizədək azaldılır


10:15     16 Oktyabr 2020 nazirler_kabineti.jpg

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq, digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir.
Bu barədə Femida.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 244