Nazirdən təhsillə bağlı açıqlama: "Noyabrın 2-dən..."


11:22     16 Oktyabr 2020 2020/10/nazir_41602832646_1602833099.jpg

Təhsil Nazirliyi hər gün gündəlik əsaslarla məktəblərdə yoluxan şagird və müəllimlərlə bağlı ictyimaiyyətə məlumat verir. Bu məlumatlar məsələni diqqətdə saxlamağa imkan verirdi. Sentyabrın 15-dən oktyabrın 5-ə qədər 2 məktəbdə qapanma qeydə alınmışdısa, son günlər 10-15 məktəb bağlanmaq qərarı vermək məcburiyyətində idi.

Femida.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, yoluxma sayının 500-ü keçməsi gün ərzində daha çox sayda məktəbin bağlanmasına səbəb ola bilərdi.

“İnanıram ki, məhdudiyyətlər nəticəsində noyabrın 2-ə qədər yoluxma sayının azalmasına nail ola bilərik. Noyabrın 2-dən başlayaraq bu və ya digər formada təhsili davam etdirəcəyik”.

Femida.az

Açar sözlər:

Oxunub: 478