Bişkekdə fövqəladə vəziyyət ləğv edildi


11:39     16 Oktyabr 2020 2020/10/qirgiz_1602834035.jpg

Qırğız Respublikasının paytaxtı Bişkək şəhərində fövqəladə vəziyyət rejimi ləğv edilib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Joğorku Keneşi (Ali Məslisi) yekdilliklə qərar verib.

Xatırladaq ki, paytaxtda baş verən kütləvi etiraz aksiyaları və iğtişaşlarla bağlı oktyabrın 12-də Prezident Sooronbay Jeyenbekov tərəfindən fövqəladə vəziyyətin tətbiqi barədə fərman imzalanmışdı.

Dünən ölkə prezidenti istefa verib və qanuna görə onun səlahiyyətləri müvəqqəti olaraq parlament spikeri Kanatbek İsayevə həvalə olunub. Lakin spiker bu gün dövlət başçısı səlahiyyətlərindən imtina etdiyini açıqlayıb. Bundan belə prezidentin səlahiyyətlərini Baş nazir Sadır Japarov icra edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 434