Düşmən daha 29 hərbçisinin öldüyünü açıqladı


12:45     16 Oktyabr 2020 ermeni%20oduw.png

Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 29 hərbçisinin adını açıqlayıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 633-ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları döyüşlərə cəlb edir.

Xatırladaq ki, oktyabrın 10-dan etibarən tərəflər arasında humanitar atəşkəs elan olunub. Buna baxmayaraq, düşmən ordusu atəşkəsi pozmaqda davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 403