Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər? - ŞƏRH


13:08     16 Oktyabr 2020 20_10_16_1602839649.jpg


Bu günlərdə Ermənistan silahlı güvvələri tərəfindən Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Naftalana və Azərbaycanın mülki əhalinin yaşadığı digər regionlara atdığı kaset bombaları ilə ballistik raketlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsilinə (“Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər”) əsasən xüsusi sanksiyalar qəbul edilə bilər.


Bunun üçün beynəlxalq təhlükəsizlin və sülhün qorunması məqsədilə BMT-nin Təhlükəsizlik Şurasının Cənubi Afrikaya, keçmiş Yuqoslaviyaya, İraqa, Ruandaya, Somaliya, Syere-Lionaya, Liviyaya və digər ölkələrə qarşı qəbul edilən sanksiyaları qeyd etmək olar.

Sanksiyalardan danışanda biz daha çox BMT-nin Nizamnaməsinin 39-51 maddələrini qeyd etməliyik. Həmin sanksiyalar ölkələrin hökümətlərin və ya hərbi güvvələrin beynəlxalq hüquq və humanitar normalarını pozulmasına, insanlığa qarşı cinayətlərin törədilməsinə (soyqırım) yönələn qərarların verdiyinə görə tətbiq edilir. BMT-nin TŞ-sı ədalətin bərqərar olunması məqsədilə iqtisadi və diplomatik əlaqələrin qozulamasına, dəmiryol və nəqliyyət əlaqələrin dayandırılmasına, xaricdə bank hesabların dondurulması, beynəlxalq məhkəmənin (tribunal) yaradılması və digər sanksiyaları qəbul edib.

Ümumiyyətlə, Yuqoslaviya, Ruanda və digər tribunallar BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə yaradılaraq, məhkəmələrin qərarları verilmişdir. Tribunal – beynəlxalq statusa malik olan müstəqil məhkəmə orqanıdır.

1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələrin Kəlbəcərin, Laçının, Ağdam rayonların mülki əhalisinə qarşı baktereoloji və zəhərli silahların istifadə etməsi faktı dəfələrlə Azərbaycan Hökuməti tərəfindıən BMT-nin TŞ-na müraciət edilmişdir. Bu günlərdə də, Gəncənin və digər rayonların mülki əhalisinə qarşı istifadə edilən kaset bombalar və raketlər beynəlxalq humanitar normaları və 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyaları müəyyənləşdirdiyi əsasları pozur.

Ermənistan Hökumətinin və silahlı qüvvələrini idarə edən şəxslərin məsuliyyətə cəlb edilməsi, Ermənistana qarşı iqtisadi və diplomatik məhdudiyyətlərin qəbul edilməsi BMT-nin TŞ-nın gündəliyində baxılması məqsədilə ətraflı hesabatlar hazırlanaraq təqdim edilə bilər.

Eyni zamanda, Avropa Şurasının Ermənistana qarşı siyasi və iqtisadi xarakterli məhdudiyyətlərin qəbul edilməsi mümkündür. Hansı məhdudiyyətlərdən söhbət gedir? Nümunə üçün, Ermənistanla Avropa Şurasının ölkələri ilə nəqliyyat, rabitə, maliyyə əlaqələrin pozulması, Ermənistanın hökumətinin rəhbərlərin xarici ölkələrdə olan bank hesabların dondurulması, Avropa Şurasınının Parlament Assambleyasında iştirakının dayandırılması və s.

Beynəlxalq təşkilatların Ermənistana qarşı yuxarıda sadalanan qərarların qəbulu üçün Azərbaycan Hökuməti tərəfindən artıq vacib dəlillər və faktlar toplanılıb. Beynəlxalq hüquq prinsiplərinin, humanitar hüquq normalarının və insan hüquqların qorunması məqsədilə Azərbaycan Respublikası tərəfindən ehtiyacı olan tədbirlər görülür. Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlər BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməlidir.

Biz əminik, ki yaxın zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa ediləcək və mülki əhaliyə qarşı insanlığa qarşı cinayətləri törədən şəxslər məsuliyyətə cəlb ediləcək. Bunun üçün bütün hüquqi və siyasi əsaslar var.



Elgün Səfərov
Hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert



Femida.az

Açar sözlər: #TribunalagainstNikolPashinyan   #UN   #SecurityCouncil   #sanctionagainst   #Armenia   #stopwar   #stopvandalism   #stoparmenianaggression   #stoparmenianoccupation   #PrayForGanja   #childkillers   #Geneva1949   #humanitarianlaw   #CoE   #EU   #OIC  

Oxunub: 4415


Oxşar xəbərlər