İrəvanda yəhudilərin soyqırım abidəsi təhqir olundu - FOTO
13:22 16 Oktyabr 2020
İrəvanın mərkəzində "Kentron" adlandırılan ərazidəki yəhudilərin Holokost soyqırımı abidəsinə hücum olub.
Femida.az azvision.az-a istinadən xəbər verir ki, erməni ekstremistləri abidəni qırmızı rəngə boyayıblar. Millətçilər təhqir etdikləri abidənin şəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Erməni radikallar paylaşımlarda yəhudiləri təhdid edərək "sizin də qanınız töküləcək" deyə yazıblar.
Digər erməni istifadəçiləri bu təhqiramiz addımı rəğbətlə qarşılayıblar. Hətta məlum paylaşımlardakı şərhlərdə İsrail dövlətinin daim Azərbaycana dəstək verməsinin onlara baha başa gələcəyi kimi hədələr yer alıb.
Artıq İrəvan meriyasının sözcüsü Ovsep Kubatyan abidənin təmizləndiyini bildirib.
Qeyd edək ki, ermənilərin abidələri təhqir etməsi ilk hadisə deyil. İşğal edilmiş Azərbaycan ərazilərindəki tarixi və mədəni abidələrin əksəriyyəti erməni vandalları tərəfindən dağıdılıb.
Femida.az
Oxunub: 800
Oxşar xəbərlər
- 57 müsəlman ölkəsi arasında ən böyük yəhudi icması Azərbaycandadır
- Ceyhun Bayramov ABŞ-dakı yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb
- Amerika Yəhudi Komitəsinin baş ravvini ermənilərin iddiasını əsassız sayıb
- Mikayıl Cabbarov: "Əsrlər boyu yəhudilərlə birlikdə yaşamışıq, birlikdə vuruşuruq" - MÜSAHİBƏ
- Bakıdakı yəhudi sinaqoqunda şəhidlərin xatirəsi anıldı
- Gəncədəki Yəhudi İcması erməni təxribatı ilə bağlı bəyanat yayıb
- Azərbaycanda yaşayan yəhudilər qələbə üçün dua ediblər
- İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
- Amerikalı yəhudilər azərbaycanlılara qarşı vəhşilikləri pislədi
- Bolqarıstanın yəhudi icması Ermənistanın son təxribatı ilə bağlı bəyanat verib