Allahşükür Paşazadə: "Dini liderlərlə görüşəndə özümü məğlub hesab edirdim"


14:47     16 Oktyabr 2020 20_10_16_1602846204.jpg


“30 ilin içərisində biz çox məyus olmuşduq. Dini liderlərlə görüşəndə özümü məğlub hesab edirdim”.


“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyx bildirib ki, onun daxilində bir yanğı var idi:

“Bu gün insanlar torpaq uğrunda şəhid olurlar. Belə bir iradəni biz çoxdan gözləyirdik. Bu, fərəhdir bizim üçün. Bizi istəməyən qüvvələr də var. Bizə yalanlar danışırlar, bizə qarşı iftiralar atırlar”.

Femida.az

Açar sözlər:

Oxunub: 526