Hesablama Palatası tərəfdaşlarını atəşkəsin pozulması haqda məlumatlandırıb


17:04     16 Oktyabr 2020 20_10_16_1602853501.jpg


Hesablama Palatası 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunmasına dair razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bu razılığı kobud şəkildə pozmağa davam etməsi, mülki şəxslərə qarşı cinayətlərin törədilməsi ilə bağlı xarici tərəfdaşlarını məlumatlandırıb.


Femida.az bu barədə Palataya istinadən xəbər verir.

Məlumatda beynəlxalq hüquqa cidd olan bütün addımlara əl atan Ermənistan ordusunun oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, ölkənin II böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması, bu səbəbdən də 10 nəfərin həlak olması, çoxsaylı insanın yaralanması yer alıb.

Həmçinin, düşmən tərəfindən Cənubi Qafqazda ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhəri ilə yanaşı Tərtər, Füzuli, Ağdam, Ağcabədi, Bərdə və ş. şəhərlərimizin daima raket atəşinə məruz qalması qeyd edilib.

Hesablama Palatası bu məlumatı Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın, həmçinin bu təşkilatın regional bölmələrinin - EUROSAI-ın, ASOSAI-ın, ECOSAI-ın Prezidentlikləri və Baş Katibliklərinə, MDB-yə üzv Dövlətlərin Ali Audit Orqanlarının Rəhbərlər Şurasına, həmçinin ayrı-ayrı ölkələrin ali audit orqanlarına ünvanlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 558