Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
18:03 16 Oktyabr 2020
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında zəfər yürüşü davam edir”.
Femida.az -ın məlumatına görə, bunu polkovnik Elşad Əbilov işğaldan azad olunmuş ərazilərdə jurnalistlərə açıqlamasında deyib.
Polkovnik bildirib ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlıların yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub, mülkü şəxslər arasında ölən və yaralananlar olub: “Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatlarına başlayıb. Artıq bir neçə yaşayış məntəqəsi erməni işğalından azad edilib. Uğurlu əməliyyatlar davam edir. Azərbaycan Ordusunda yüksək nizam intizam və ruh yüksəkliyi var. Əsgər və zabitlərimiz torpaqları işğaldan azad etmək üçün canından, qanından keçməyə hazırdır. Bunu düşmən yaxşı bilir. Döyüşlər davam edir. Uğurlarımız var, bu belə də davam edəcək”.
E. Əbilov qeyd edib ki, humanitar atəşkəs olmasına baxmayaraq, Ermənistan ordusu yaşayış məntəqələrini və mülkü əhalini atəşə tutmağa davam edir.
Oxunub: 571
Oxşar xəbərlər
- Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
- Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
- "Ukraynada Rusiyanın 4 generalı və 21 polkovniki ölüb”
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Ukrayna ordusu Çuquyev şəhərini azad edib, Rusiyanın polkovnikləri öldürülüb
- DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi - Polkovnik saxlanıldı
- Azərbaycanda polkovnik vəfat etdi
- DİN rəsmisi: "Saxta FHN polkovnikinə kim salam veribsə, hamısını aldadıb"
- Azərbaycanda polkovnik həbs edildi
- Həbsdə olan keçmiş MTN polkovnikinin ölüm səbəbi açıqlanıb