Baş Prokurorluq: Guya erməni əsirlərə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videoların saxta olması müəyyən edilib
19:03 16 Oktyabr 2020
Son günlər bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən Инфотека24 və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını, o cümlədən guya azərbaycanlı həkimlərin yaralılara qarşı laqeyd münasibət göstərmələrini əks etdirən videogörüntülər yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, tərəfimizdən guya erməni əsirlərinə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videolarla əlaqədar araşdırma aparılararaq onların saxta olması müəyyən edilib.
Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu tipli videolar təxribat xarakteri daşıyır.
Videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə, o cümlədən cəmiyyətimizə heç bir aidiyyəti yoxdur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən vətəndaşlarımızdan dövlətimiz üçün həssas və şanlı olan bu dövrdə ayıq-sayıq olmaqla təxribat xarakterli yayılmış videoların ictimailəşdirilməməsi, o cümlədən mobil tətbiqlər vasitəsilə yaymamaq xahiş olunur.
Oxunub: 531
Oxşar xəbərlər
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Melitopol şəhərində partlayış baş verib
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb