"Gəncədə 20-dən çox ev dağıdılıb" - Hikmət Hacıyev


02:19     17 Oktyabr 2020 2020/08/hikmet_hac_1596530069.jpg

"Azərbaycanın ikinci böyük şəhərində günahsız dinc sakinlər Ermənistanın raket hücumuna məruz qalırlar".

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Humanitar atəşkəsə dair vicdansız çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb", - o bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 595