Gəncədə ölənlərin sayı 12-yə çatdı, 40-dan çox yaralı var - YENİLƏNİB


04:34     17 Oktyabr 2020 2020/10/121672892_10221018698515888_3137969593348705899_n_1602893870.jpg

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Femida.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcək.



***


Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 10-a yüksəlib.

Femida.az-ın məlumatına görə, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev tvitterdə bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 40 dinc sakin xəsarət alıb.


Femida.az

Açar sözlər:

Oxunub: 729