Ermənilərin atəşi nəticəsində Gəncədə iki azyaşlı ölüb


04:35     17 Oktyabr 2020 2020/10/12181-1602891164_1602895015.jpg


Xəbər verildiyi kimi, erməni silahlı qüvvələri tərəfindən 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələri raket atəşinə tutulub. İlkin məlumatlara görə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Femida.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir", - deyə məlumatda qeyd edilib.

Femida.az

Açar sözlər: #Gəncə   #cinayət   #erməni  

Oxunub: 4713