Baş prokuror və Fövqəladə Hallar naziri Gəncədə hadisə yerindədir


08:49     17 Oktyabr 2020 20_10_17_1602910235.jpg


Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulmuş Gəncədədirlər.

Femida.az xəbər verir ki, dövlət rəsmiləri Gəncə hadisə yerindədirlər.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. Dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.



Femida.az

Açar sözlər: #FHN   #BaşProkuror  

Oxunub: 262