Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib


14:42     17 Oktyabr 2020 2018/02/Mudafie_Yeni5_1518503184.jpg

Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 558